...

Azərbaycanda genişzolaqlı internetin inkişafı üzrə proqramın dəyəri açıqlanıb

Telekommunikasiya Materials 5 Noyabr 2012 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi çərçivəsində təxminən 18 min kilometr uzunluğunda optik rabitə xəttinin çəkilməsi planlaşdırılır. Bu barədə bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, indi respublika üzrə təxminən yeddi min kilometr optik xətt çəkilib.

"Genişzolaqlı internetin inkişafı layihəsinin işlənməsi tamamlanma mərhələsindədir. Layihənin qiymətləndirilməsi beynəlxalq ekspertlər tərəfindən həyata keçirilir, - Məmmədov deyib. - Layihə ilkin olaraq 400 milyon manatdan yuxarı məbləğdə qiymətləndirilir. Bu məbləğin Dövlət Neft Fondu tərəfindən ayrılacağı ehtimal olunur".

Nazir müavininin sözlərinə görə, 2015-ci ilin sonuna qədər respublikanın bütün ərazisi, o cümlədən ucqar ərazilər optik rabitə xətləri ilə əhatə olunacaq. Ucqarlarda internetə çıxışın minimum sürəti 5 Mbit/s, böyük şəhərlərdə 1 Qbit/s-dək, rayon mərkəzlərində isə minmum 30 Mbit/s təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti