...

Azərbaycanda .az domeninin onlayn-qeydiyyat sisteminin buraxılışına hazırlıq görülür

Telekommunikasiya Materials 8 Yanvar 2013 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir H.Vəliyev/

.az domeninin onlayn-qeydiyyat sisteminin istismara verilməsi üzrə işlər yekunlaşmaq üzrədir. Bu barədə çərşənbə axşamı Trend-ə "Intrans" şirkətinin baş direktoru Faiq Fərmanov deyib.

Fərmanovun sözlərinə görə, .az domeninin onlayn-qeydiyyat sisteminin buraxılışı yaxın vaxtlarda gözlənilir.

Qeyd edək ki, sistemin tətbiqi ilə bağlı işlər 2011-ci ilin sonundan aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti