...

Azərbaycan şirkəti elektron sığorta xidmətlərinin göstərilməsi üçün lisenziya alıb

Telekommunikasiya Materials 13 Fevral 2013 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Maliyyə Nazirliyi "Golden Insurance" şirkətinə sığorta agenti xidmətlərinin göstərilməsi üçün icazə verib. Bu barədə çərşənbə günü Trend-ə "GoldenPay" şirkətindən bildirilib.

Şirkətin martın 19-dan xidmətləri işə salacağı gözlənilir. "Atəşgah Sigorta" şirkəti layihənin tərəfdaşı qismində çıxış edir.

Hazırda "məsafədən sığorta" onlayn ödəniş sisteminin modulu testləşdirmənin tamamlanma mərhələsindədir.

İlkin mərhələdə sığorta edənlərin şəxsi iştirakı tələb olunmayan sığorta xidmətləri əlçatan olacaq. İlk belə xidmət avtomobil sığortası xidməti olacaq, perspektivdə turist və sığortanın digər növlərindən istifadə mümkün olacaq.

Texniki baxışdan keçid dövründə avtomobil sığortasına tələbat nisbətən artır. "Golden Insurance"ın təsis olunmasında əsas məqsəd sığorta edənlər üçün rahatlığın təmin olunmasından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti