...

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib

Telekommunikasiya Materials 3 Oktyabr 2013 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Bədii və ədəbi əsərlərin mühafizəsi üzrə Bern Şurasının (Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) rəhbər orqanı) İcraiyyə Komitəsinə üzv seçilib.

Müəllif Hüquqları Agentliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycan təşkilatın fəaliyyətinin həyata keçirilməsində xüsusi rol oynayan Koordinasiya Komitəsinin də üzvü olub.

ÜƏMT-nin rəhbər orqanlarına seçkilər iki ildən bir keçirilir. Builki seçkilər təşkilata üzv ölkələrin Baş Assambleyasının 51-cı sessiyası çərçivəsində baş tutub. Sessiya sentyabrın 23-dən oktyabrın 2-dək Cenevredə keçirilib.

Baş Assambleyada Azərbaycan, həmçinin ÜƏMT-nin Proqramlaşdırma və büdcələşdirmə komitəsinə üzv qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti