...

Azərbaycan və ABŞ İKT sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Telekommunikasiya Materials 17 Oktyabr 2013 14:51 (UTC +04:00)
Oktyabrın 28-də San Xosedə (ABŞ, Kaliforniya) Silikon vadisi şirkətləri üçün İKT sahəsində Azərbaycan ilə əməkdaşlığın perspektivlərinə həsr edilmiş seminar keçiriləcək.
Azərbaycan və ABŞ İKT sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E. Əliyev/

Oktyabrın 28-də San Xosedə (ABŞ, Kaliforniya ştatı) Silikon vadisi şirkətləri üçün İKT sahəsində Azərbaycanla əməkdaşlığın perspektivlərinə həsr edilmiş seminar keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Amerika-Azərbaycan Ticarət Palastasının (USACC) yaydığı xəbərdə deyilir.

Məlumatda bildrilir: "İKT sahəsində USACC-ın ticarət missiyasının bir hissəsi olan tədbir Azərbaycanda qızğın surətdə inkişaf edən İKT bazarının perspektivlərinin təhlil və qiymətləndirilməsinə, həmçinin Silikon vadisində işləyən ABŞ şirkətlərini ölkədə bu bazarın inkişafına öz töhfəsini vermək şansından istifadə etməyə çağırmağa istiqamətlənib".

Bundan başqa, seminar çərçivəsində Azərbaycanın Silikon vadisi şirkətlərinə investisiyaların yatırılması imkanları və perspektivləri müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti