...

Rəşid İsmayılov: Rusiyanın İT biznesi Azərbaycanda geniş inkişaf edib

Telekommunikasiya Materials 3 Dekabr 2014 11:10 (UTC +04:00)
Rusiyanın İT biznesi Azərbaycanda geniş inkişaf edib. Bunu çərşənbə günü Trend-ə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov bildirib.
Rəşid İsmayılov: Rusiyanın İT biznesi Azərbaycanda geniş inkişaf edib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Hüseyn Vəliyev /

Rusiyanın İT biznesi Azərbaycanda geniş inkişaf edib. Bunu çərşənbə günü Trend-ə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov bildirib.

Onun sözlərinə görə, bu, onların "Bakutel-2014" sərgisində iştirakı timsalında aydın görünür: "Bu, sərgidə iştirak etdiyim ilk il deyil və deyə bilərəm ki, Azərbaycanın İKT sektoru yetərincə sürətlə inkişaf edir. Mən stendlərin önündən keçdim və sevindirici haldır ki, sərgidə təmsil olunan bir çox Rusiya şirkəti artıq Azərbaycanda öz nümayəndəliklərini açıblar".

R.İsmayılov deyib ki, bu gün Rusiyanın İT biznesi Azərbaycanda nəqliyyat, energetika və neft sahəsində reallaşdırılan layihələrə cəlb edilib: "Vizuallaşdırma, proqram şirkətləri, "buludlu" texnologiyalarla məşğul olan şirkətlər var. Hazırda Rusiya şirkətləri artıq "Azerkosmos" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycanın dəmiryol idarəsi ilə əməkdaşlıq edirlər. Yəni, proqram həllərindən başlayaraq və telekommunikasiya avadanlıqlarına qədər bütün spektr Azərbaycanda təmsil olunub. Bu, onu göstərir ki, burada biznes inkişaf edir və biz nazirlik kimi, ixracat üçün işləyən daha çox Rusiya şirkətinin olmasında maraqlıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti