...

34 regionda sürətli və keyfiyyətli internetin təmini üçün yeni layihəyə start verilib

Telekommunikasiya Materials 11 İyul 2017 16:08 (UTC +04:00)

Bakı. Trend:

“Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurs çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə yeni layihəyə start verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır. Artıq Sumqayıt, Salyan, Kürdəmir, Zaqatala və Ağsu rayonları üzrə test işləri aparılıb və nəticəyə uyğun olaraq yeni avadanlıqlar quraşdırılır.

Hazırda respublikanın 34 regionu üzrə işlər aparılır.

Qeyd edək ki, yeni avadanlıqların quraşdırılması ilə əlaqədar olaraq internet xidmətində müvəqqəti dayanmalar müşahidə oluna bilər.

Problem mütəxəssislər tərəfindən qısa müddətdə aradan qaldırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti