• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Telekommunikasiya

"Əlilliyi olan Şəxslər İş Dünyasında" konfransı keçirilib (FOTO)

20 Dekabr 2017 09:19 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə British Council tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına həsr olunmuş konfrans keçirilib.

Dekabrın 19-da təşkil edilmiş konfransda qeyd olunan sahə üzrə fəaliyyət göstərən qərarverici şəxslər, işəgötürənlər, biznes şirkətləri, Əmək və Sosial Müdafiə Nazirliyi, dövlət məşğulluq mərkəzləri və digər maraqlı tərəflərin nümayəndələri bir araya gələrək bu mövzu barədə yerli və beynəlxalq təcrübəyə əsaslanan təqdimatları dinləyib və müzakirələrdə iştirak edib. Tədbir vasitəsilə işəgötürənlərin diqqəti əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı məsələlərə yönəldilib və bu istiqamətdə məlumatlılığın və Azərbaycanda yaşayan əlillərin iş imkanlarının artırılması üçün zəruri addımların atılması müzakirə edilib.

Tədbir zamanı Birləşmiş Krallıqdan dəvət olunmuş ekspert Mark Qrey əlilliyi olan insanların əmək bazarına inteqrasiyası üzrə öz ölkəsinin təcrübəsi haqqında danışıb.

“Həyata keçirdiyimiz “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət proqraminın əsas istiqamətlərindən biri əlilliyi uşaqların və gənclərin təhsili və işə hazırlıq və məşğulluq imkanlarının artırılmasıdır. Bakcell hər zaman ölkəmizin müxtəlif bölgələrində yaşayan fiziki və emosional qüsuru olan uşaqların və onların ailələrin yanındadır və biz onların cəmiyyətin fəal və bərabərhüquqlu üzvü olması üçün əlimizdən gələni edirik” deyə, Bakcell şirkətinin PR və Korporativ Kommunikasiyalar departamentinin rəhbəri Süheyla Cəfərova bildirib.

“”British Council”in fəaliyyəti müxtəlif mədəniyyətlər arasında mənalı, davamlı və hörmətli münasibətlərin yaradılmasına yönəlib. Biz bu məqsədimizə yalnız hər bir fəaliyyətimizdə müxtəlifliyə dəyər vermək, bərabərliyi və inkluzivliyi təbliğ etmək yolu ilə nail ola bilərik. Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılmasına dair Proqram çərçivəsində əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması məqsədilə müxtəlif yönümlü fəaliyyətlər həyata keçiriləcək. Proqramda iştirak edən gənclər bir neçə istiqamət üzrə bilik və bacarıqlarını artıracaq, bu isə öz növbəsində onların işədüzəlmə imkanlarına müsbət təsir göstərəcək”, deyə British Council Azərbaycan ofisinin direktoru Elizabet Vayt bildirib.

Azərbaycanın ən iri şirkətlərindən biri olan Bakcell şirkəti ölkənin məsuliyyətli korporativ vətəndaşı funksiyasını böyük qürurla həyata keçirməkdədir. Özünün geniş miqyaslı korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Bakcell şirkəti tanınmış xeyriyyə cəmiyyətləri və təşkilatları ilə birgə fəaliyyət göstərərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək verilməsinə və onların cəmiyyətə inteqrasiyasına yönəlmiş layihələrin uğurla həyata keçirilməsinə görə dəfələrlə mükafatlara layiq görülüb. Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müsahibə bacarıqları, CV yazılması, karyeranın inkişafı, mühasibatlıq və s. mövzularda təlimlərin təşkil edilməsinə fəal şəkildə dəstək göstərir.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Bakcell
Azernews Newspaper
Digər xəbərlər
"Bakcell" əlilliyi olan uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir (FOTO)
Telekommunikasiya 20 Aprel 19:29
Cəlilabadda “Bakcell”in yenilənmiş Satış və Müştəri Xidməti mərkəzi təqdim edildi (FOTO)
Telekommunikasiya 18 Aprel 15:04
"Bakcell" layiqli əməyi və iqtisadi artımı təşviq edir
Telekommunikasiya 16 Aprel 17:40
“Rixos” otellərində Bakcell “Ulduzum”la endirimlər
Telekommunikasiya 12 Aprel 12:34
"Bakcell" KSM layihələri vasitəsilə innovasiya və inkişafı dəstəkləyir
Telekommunikasiya 9 Aprel 19:17
“AppLab” proqramının iştirakçıları gənc developerin uğur hekayəsini dinləyib (FOTO)
Telekommunikasiya 3 Aprel 20:47
“Bakcell”dən beynəlxalq uşaq şahmat turnirinə dəstək (FOTO)
Telekommunikasiya 2 Aprel 17:37
“Bakcell”dən “Dayanıqlı İnkişaf Məqsədləri”nin təşviqinə dəstək
Telekommunikasiya 30 Mart 18:36
Bakcell və “Xalq Bank”dan minlərlə hədiyyə
İqtisadiyyat 29 Mart 14:34
"Bakcell" daha bir sosial layihəyə start verib
Telekommunikasiya 27 Mart 18:54
"Bakcell" abunəçiləri Novruz tətilində ölkə xaricində xərclədikləri məbləğin ƏDV hissəsini geri ala biləcəklər
Telekommunikasiya 19 Mart 17:48
"Bakcell" əməkdaşları “UAFA”nın Xaçmazdakı İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər ediblər (FOTO)
Telekommunikasiya 16 Mart 17:39
“Bakcell” və “Megafun”dan daha bir endirim kampaniyası
Telekommunikasiya 15 Mart 18:41
"Bakcell" daha bir universitetdə əmək yarmarkasına qatılıb (FOTO)
Telekommunikasiya 12 Mart 16:34
“Bakcell”dən “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin keçirilməsinə dəstək (FOTO)
Cəmiyyət 9 Mart 14:02
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Qadınlar günü münasibətilə istedadlı qadınların əl işlərindən ibarət sərgi keçirib (FOTO)
Cəmiyyət 9 Mart 11:57
Bakcell şirkətinin baş direktoru Barselonada panel müzakirələrinə qatılıb (FOTO)
Telekommunikasiya 7 Mart 13:28
"Bakcell" karyera sərgisində iştirak edib (FOTO)
Telekommunikasiya 5 Mart 17:59
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir

Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter