...

Şərur rayonunun bütün yaşayış məntəqələri sürətli internetlə təmin olunub

Telekommunikasiya Materials 8 Aprel 2022 15:54 (UTC +04:00)
Şərur rayonunun bütün yaşayış məntəqələri sürətli internetlə təmin olunub
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin olunub.

Trend bu barədə Muxtar Resbpublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinə istinadən məlumat verir.

Məlumata əsasən, 2022-ci ilin ilk rübündə Şərur rayonunun bir sıra yaşayış məntəqələrində 14 yeni ATS istismara verilib.

"Nəticə etibarı ilə ümumilikdə 448 istifadəçinin internetə olan tələbatının ödənilməsinə şərait yaranıb. İlk rüb ərzində rayonda 79 abonent yeni stasionar telefon xətti ilə, 381 abonent isə ADSL internetlə təmin olunub", - məlumatda deyilir.

Eyni zamanda, hesabat dövründə rayonda 672 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti