Bakı. Trend:
"Arabian Ghost" adlı haker qruplaşması ölkəmizin bir sıra informasiya ehtiyatlarına, o cümlədən dövlət saytlarına qarşı kiberhücumlar həyata keçirdiyini açıqlayıb.
Bu barədə Trend Xüsusi
Rabitə və İnfformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən
xəbər verir.
"Məlumat üçün bildiririk ki, dövlət qurumlarına qarşı həyata
keçirilən kiberhücümlar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti (XRİTDX) tərəfindən 24/7 monitorinq olunur və bu
hücumların qarşısı tərəfimizdən keçirilən tədbirlər nəticəsində
alınır. Kiberhücümların hazırda da davam etməsinə baxmayaraq,
dövlət qurumlarının informasiya ehtiyatlarında heç bir dayanma və
ya müdaxilə halı qeydə alınmayıb", - məlumatda qeyd olunub.
"Vətəndaşları və dövlət qurumlarını kibertəhlükəsizlik sahəsində
diqqətli olmağa, şübhəli fəaliyyətlər barədə dərhal məlumat verməyə
və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq.
Qeyd edək ki, XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə
Mərkəzinin rəsmi saytında (https://www.cert.gov.az)
kibertəhlükəsizliklə bağlı məlumatlar və tövsiyələr mövcuddur", -
deyə məlumatda bildirilib.