...

Azərbaycan Rabitə Nazirliyi İHM və "AzəriKart" "Qarşılıqlı anlaşma" haqqında memorandum imzalayıblar

Telekommunikasiya Materials 16 Dekabr 2006 14:04 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya-hesablama mərkəzi "AzeriKart" ilə qarşılıqlı anlaşma haqqında sənəd imzalayıb. Mərkəzə istinadən Trend bildirir ki, imzalanmış sənədə əsasən bankomatların prosessinq mərkəzinə və POS terminallara qoşulmaq üçün müstəqil telekommunikasiya şəbəkəsinin yaradılması və istismarı barədə razılaşma əldə edilib.

Bundan başqa, gələcəkdə birgə layihələrinin realizəsi zamanı "AzeriKart" tərəfindən İHM-ni provayder qismində qəbul etmək barədə qərar qəbul edilib.

Memorandum 2005-2007-ci illərdə Azərbaycanda milli ödəmə sistemlərinin inkişafı üzrə dövlət proqramına uyğun olaraq imzalanıb.

Xəbər lenti

Xəbər lenti