...

Azərbaycan Rabitə nazirliyi Şamaxıya NGN texnologiyasını tətbiq edəcək

Telekommunikasiya Materials 18 Yanvar 2007 15:46 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom istehsalat birliyi (İB) "Elektron Azərbaycan" dövlət proqramının mikromodeli kimi "Elektron Şamaxı" layihəsini həyata keçirir. Bu barədə Trend ə "Aztelekom-un rəhbəri Məhəmməd Məmmədov xəbər verib.

Onun sözlərinə görə, işlər 2007-ci ilin 1 rübünün sonunadək bitəcək.

"Ümid edirik ki, martda "Elektron Şamaxı" layihəsi həyata keçəcək və bu rayonun əhalisi NGN (Next Generation Network)texnologiyasının müasir xidmətlərindən istifadə edə biləcək"-deyə M. Məmmədov qeyd edib.

NGN-in Şamaxıya tətbiqi layihəsi Şamaxıda rabitənin rəqəmli yenidən qurulmasını NGN texnologiyalarının tətbiqini nəzərdə tutur. Artıq Şamaxıda və yaxın kəndlərdə NGN şəbəkəsinin yaradılması üzrə tender keçirilib. Avadanlıq Iskratel şirkəti tərəfindən tiəqdim olunacaq.

Bu tədbirlər çərçivəsində Şamaxı şəbəkəsinin BTRİB-ə, müxtəlif regionlara, BATS və başqa opreatorların şəbəkələrinə çıxışını təmin etmək üçün xüsusi şlüzlərin quraşdırılması nəzərdə tutulur. Şamaxıdakı yeni şəbəkənin tutumu 16976 port təşkil edəcək. O, rayonun mərkəzi ATS-ni və 23 kənd ATS-ni əhatə edəcək. Şəbəkə Şamaxıdan olduğu kimi Aztelekom İB-dən də idarə olunacaq.

Şamaxıdan sonra Rabitə nazirliyi belə şəbəkələrin Abşeron, Sumqayıt və Gəncədə də yaradılmasını planlaşıdırır.

Bakıda ilk dəfə bu texnologiya Baki Telefon Rabitasi (BTRIB) İB-nin abonentləri üçün ötən il çinin Huawei şirkətindjən alınmış avadanlıqların hesabına quraşdırılıb.

NGN-in nitqi, təsviri və məlumatları kommutasiya paketləri istifadə etməklə ötürə bilən universal çoxməqsədli şəbəkəsisi var. NGN şəbəkəsi müxtəlif növlü telekommunikasiya trafikləri üçün vacib olan xidmətin keyfiyətini təmin edir. Yuxarıda göstərilən texnologiyaların tətbiqi abonentlərə Voİp telefoniya, səsli poçt, verilənlərin ötürülməsi xidməti, məlumatların mübadiləsi, məlumatların ani ötürülməsi, interaktiv nitq cavabı sistemi xidməti, interaktiv oyunlar, video konfrans və ev meneceri xidmətlərindən istifadə imkanı verəcək.

Xəbər lenti

Xəbər lenti