...

Azərbaycanın Hesablama Palatası IT-nin maliyyə nəzarətində tətbiq edilməsi üzrə beynəlxalq konfransda iştirak edib

Telekommunikasiya Materials 5 Mart 2007 11:01 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın Hesablama Palatasının (AHP) auditor Nazim Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Suzdalda keçirilən "Maliyyə nəzarəti və yeni informasiya texnologiyaları" II beynəlxalq elmi-praktik konfransda iştirak edib. Bu barədə AHP-dən məlumat verilib.

Tədbirdə Rusiya Federasiyası, Avropa və Asiyanın 70 regionundan nümayəndələr iştirak edib.

Konfransda qeyd olunub ki, inforomasiya texnologiyalarına əsaslanmış yeni analitik metodlar maliyyə nəzarətində və dövlət idarələrinin auditində tələbatı təmin edə bilər. Konfransda Rusiya, Ukrayna və digər dövlətlərin maliyyə nəzarətləri sahəsində informasiya-kommunikasiya texnologiyalarının imkanları nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti