Bakı. Trend:
Azərbaycanda gəmi-kruiz turizmi üçün böyük potensialı var.
Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədr müavini Əhməd Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda dünyanın sahilyanı ölkələri kruiz turizminin inkişafına böyük önəm verirlər.
"Okeana, dənizə çıxışı olan dövlətlər üçün gəmi-kruiz turizmi əsas gəlir sahələrindəndir. Xəzər beş sahilyanı dövləti birləşdirmək baxımından kruiz turizm imkanları mövcuddur. Bundan başqa gəmi-kruiz turizmi gəlirli turizm növlərindən biridir. Xəzərsahili kruiz səfəri üçün turistlərin cəlb ediləcəyi yerlər kifayət qədərdir. Bu marşrutlar işə düşərsə ölkəmizə gələcək turistlərin sayında artım olacaq. Belə ki, Xəzər dənizində və yaxın ətrafda gəzməli-görməli yerlər kifayət qədərdir. Dənizdə adalar, enerji mənbələri, və.s kimi marağa səbəb ola biləcək resurslar turistləri cəlb edə bilər", - deyə Ə.Qurbanov bildirib.