...

Azad edimiş ərazilərdə həm aqrar, həm turizm sektoru inkişaf edəcək - Tahir Rzayev

Turizm Materials 24 Noyabr 2022 11:37 (UTC +04:00)
Azad edimiş ərazilərdə həm aqrar, həm turizm sektoru inkişaf edəcək - Tahir Rzayev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda turizm sahəsində böyük potensial var. İşğaldan azad edilmiş ərazilər tarixən yaxşı istirahət zonası olub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev noyabrın 24-də “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransıda deyib.

O qeyd edib ki, Şuşada, Kəlbəcərdə kurort zonaları olub, digər ərazilərdə də turizm sahəsində böyük potensial mövcuddur. “Ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrdən biri minalardan təmizləndikdən sonra azad edilmiş ərazilərdə insanların məskunlaşması üçün lazımi şərait yaradılmasıdır. Sonra həmin ərazilərdə həm aqrar sektor, həm turizm sektoru inkişaf edəcək.

Zəngilanda, Füzulidə hava limanlarının istifadəyə verilməsi turizm və aqrar sektorun inkişafına böyük dəstək göstərəck. Eyni zamanda həmin ərazilərdə pambıqçılıq, taxılçılıq sahəsində böyük potensial var və hesab edirəm ki, bu potensialın istifadəsi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti