Bakı. Trend:
Azərbaycan bu ilin 14-16 may tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçiriləcək “Rusiya–Halal Expo” sərgisində iştirak edəcək.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) müvafiq işlər start götürüb.
Belə ki, MMC hazırda sözügedən tədbirdə iştirakla əlaqədar sərgi stendini quraşdıracaq şirkət axtarışındadır.
MMC sərgi stendinin quraşdırılmasının 351 956 manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, sərginin əhatə etdiyi sahələrə (məhsullar) qida, spirtsiz içki və sənaye sahələri, təhsil və turizm xidmətləri daxildir.