...

Azərbaycan paralimpiyaçıları London Paralimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar

Cəmiyyət Materials 28 Noyabr 2011 17:33 (UTC +04:00)
Azərbaycan paralimpiyaçıları 2012-ci il London Yay Paralimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar.
Azərbaycan paralimpiyaçıları London Paralimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan paralimpiyaçıları 2012-ci il London Yay Paralimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar.

Trend-in məlumatına görə, Azərbaycan Paralimpiya Komitəsindən bazar ertəsi bildirilib ki, dekabrın 1-dən 7-dək İWASF-ın təqviminə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində Dünya Oyunları keçiriləcək. Yarışa Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika üzrə (amputant idmançılar arasında) milli komandası 8 nəfərlik heyətlə qatılır. İdmançılar 1 həftə ərzində medallar və 2012-ci il London Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar.

Azərbaycan yığmasının heyətinə Oloxan Musayev (nüvə itələmə, disk atma), Mehman Ramazanzadə (nüvə itələmə, disk atma), Samir Nəbiyev (disk atma), Hüseyn Həsənov (uzunluğa tullanma, üç təkanla tullanma), Vügar Adışirinov (uzunluğa tullanma, üç təkanla tullanma), Bəhruz Bəşirov (nüvə itələmə, disk atma, nizə atma), Mədinət Abdullayeva (nüvə itələmə, disk atma, nizə atma), Allahverdi Allahverdiyev (nüvə itələmə, nizə atma) daxildir.

Xəbər lenti

Xəbər lenti