...

İlya Qribkov: Müəllif hüquqlarına hörmət edilməsi bütün dünyada vacib məsələdir

Nəzər nöqtəsi Materials 13 Dekabr 2017 12:10 (UTC +04:00)
Bu gün müəllif hüquqlarına, xüsusilə də rəqəmsal dünyada müəllif hüquqlarına hörmət edilməsi bütün dünyada olduqca vacib məsələdir.
İlya Qribkov: Müəllif hüquqlarına hörmət edilməsi bütün dünyada vacib məsələdir

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün müəllif hüquqlarına, xüsusilə də rəqəmsal dünyada müəllif hüquqlarına hörmət edilməsi bütün dünyada olduqca vacib məsələdir.

Trend-in məlumatına görə, bunu Bakıda təşkil olunan “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə departamentinin bölmə rəhbəri İlya Qribkov deyib.

İ.Qribkov bildirib ki, Azərbaycanın bu məsələyə xüsusi diqqət yetirməsi tədqirəlayiq haldır: “Biz Azərbaycandan yeni ideyalar, təkliflər eşitməyə çox şad olarıq. Biz bu istiqamətdə beynəlxalq səviyyədə təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq”.

Bakıda birinci dəfə olduğunu deyn İ.Qribkov şəhəri çox bəyəndiyini qeyd edib: “Bakıda olmaqdan çox şadam, Bakı çox gözəl şəhərdir. Bu günki konfransın təşkilatçılıq səviyyəsindən də çox razıyıq. İnanıram ki, konfrans zamanı mühüm məsələlər müzakirə olunacaq, faydalı təkliflər irəli sürüləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti