...

Əli Əhmədov: YAP-ın 123 namizədi rəsmi qeydiyyata alınıb

Nəzər nöqtəsi Materials 7 Yanvar 2020 19:06 (UTC +04:00)
Milli Məclisə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən 123 namizəd Dairə Seçki Komissiyalarında rəsmi qeydiyyata alınıblar.
Əli Əhmədov: YAP-ın 123 namizədi rəsmi qeydiyyata alınıb

Bakı. Trend:

Milli Məclisə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən 123 namizəd Dairə Seçki Komissiyalarında rəsmi qeydiyyata alınıblar. Yeni Azərbaycan Partiyası parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov öz rəsmi facebook səhifəsində paylaşıb.

Ə.Əhmədov qeyd edib ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır:

“Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir.

Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti