...

Muğam ustası Əlibaba Məmmədov: "Eurovision" müsabiqəsi Azərbaycanı dünyaya tanıdır

Eurovision-2012 Materials 18 May 2012 18:10 (UTC +04:00)
"Eurovision" müsabiqəsi Azərbaycanı dünyaya tanıdır. Bu barədə Trend-ə muğam ustası, xalq artisti, "İstiqlal" ordenli Əlibaba Məmmədov bildirib.
Muğam ustası Əlibaba Məmmədov: "Eurovision" müsabiqəsi Azərbaycanı dünyaya tanıdır

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

"Eurovision" müsabiqəsi Azərbaycanı dünyaya tanıdır. Bu barədə Trend-ə muğam ustası, xalq artisti, "İstiqlal" ordenli Əlibaba Məmmədov bildirib.

"Bakıya müsabiqə çərçivəsində gələn qonaqlar Azərbaycanın gözəlliyini, Bakının son dövrlərdəki inkişafını, Azərbaycan xalqının qonaqpərvərliyini görürlər", - o deyib.

Xanəndə vurğulayıb ki, "Eurovision 2012" ərəfəsində bütün Avropa ölkələrinin nümayəndələri gəlib Bakını yaxından tanıyırlar.

Əlibababa Məmmədov müsabiqədə bir çox musiqi janrlarından nümunələr səsləndirildiyini deyərək Azərbaycan muğamının ifa edilməsini xüsusilə qeyd edib.

"Muğam bütün musiqilərin şahıdır. Bütün musiqilər muğam üstündə əmələ gəlir", - o deyib.

Məmmədov Alim Qasımovun yüksək səviyyədə ifa edəcəyinə əminliyini vurğulayıb.

"Alim Qasımovun ifası bizim muğamatımızın, xalqımızın fəxridir. Çünki bu bizim folklorumuzdur", - xanəndə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti