...

"Bakı Kristal Zalı"nda "Eurovision 2012"-nin finalının məşqləri keçirilib (FOTO)

Eurovision-2012 Materials 25 May 2012 21:09 (UTC +04:00)
“Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsinin iştirakçılarının jurnalistlər və fanatlar qarşısında əsas məşqləri başa çatıb.
"Bakı Kristal Zalı"nda "Eurovision 2012"-nin finalının məşqləri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend, E.Mehdiyev/

"Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsinin iştirakçılarının jurnalistlər və fanatlar qarşısında əsas məşqləri başa çatıb.

Trend-in məlumatına görə, ötənilki yarışmanın qalibi kimi finala birbaşa vəsiqə qazanmış Azərbaycan və "Böyük beşlik" təmsilçiləri də daxil olmaqla, finalda iştirak edəcək 26 ölkə "Baku Crystal Hall"un səhnəsində bir-birinin ardınca məşq ediblər.

Qeyd edək ki, bu gün saat 00:00-da "Bakı Kristal Zalı"nda müsabiqənin "Jüri finalı" keçiriləcək. Təmsilçilərin bugünkü performansları əsasında "Eurovision 2012" mahnı müsabiqəsində iştirak edən 42 ölkənin münsifləri səs verəcək.

Sabah keçiriləcək canlı şou zamanı isə tamaşaçılar səsverməyə qatılacaq. Bu səsvermələrin nəticəsində mayın 26-da "Eurovision 2012" mahnı müsabiqəsinin qalibi müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti