...

Rusiya ilə problemimiz yoxdur - İranın Atom Enerji Təşkilatının rəhbəri

Dünya xəbərləri Materials 24 Noyabr 2009 12:43 (UTC +04:00)
İranın Atom Enerji Təşkilatının rəhbəri bildirib ki, Rusiya ilə Buşəhr nüvə stansiyasının tikintisinin təxirə salınması ilə bağlı problem yoxdur.
Rusiya ilə problemimiz yoxdur - İranın Atom Enerji Təşkilatının rəhbəri

İranın Atom Enerji Təşkilatının rəhbəri bildirib ki, Rusiya ilə Buşəhr nüvə stansiyasının tikintisinin təxirə salınması ilə bağlı problem yoxdur.

İranın İLNA agentliyinin noyabrın 24-də yaydığı məlumata əsasən, Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, Qərb Rusiya və İran arasında olan əməkdaşlığa xələl gətirməyə çalışır.

Trend -un arayışı: İranın Buşəhr nüvə stansiyasının tikintisi İran İslam Respublkilası İnqilabından əvvəl başlanıb. İnqilabdan sonra, Qərb tərəfindən tikintisi dayandırılan Buşəhr nüvə stansiyasının təkmilləşdirilməsi işləri Rusiyaya təhvil verilib. 1994-ci ildən Rusiya bu layihənin təkmilləşdirilməsini üzərinə götürüb və müqaviləyə əsasən, satnsiya 2000-ci ildə istismara verilməli idi, lakin 10 ildir ki, stansiyanın təhvil verilməsi təxirə salınır. Rusiya texniki problemləri əsas səbəb kimi göstərib.

Salehi bildirib ki, Rusiya öz öhdəliklərindən də artıq işlər görür və 2010-cu ildə Buşəhr nüvə stansiyasının açılışı olacaq.

Xəbər lenti

Xəbər lenti