...

Suriya İraqda təhlükəsizliyin və stabilliyin yaradılmasında maraqlıdır - Prezident Bəşşər əl-Əsəd

Dünya xəbərləri Materials 18 Dekabr 2009 18:01 (UTC +04:00)
Suriya İraqda sülh və stabilliyin yaradılmasında maraqlıdır və ölkənin siyasi həyatında bütün partiyaların iştirakını dəstəkləyir. Bu sözləri Suriya Prezidenti Bəşşər əl-Əsəd İraqın Ali İslam Şurasının başçısı Ömər əl-Həkimlə görüşündə deyib.
Suriya İraqda təhlükəsizliyin və stabilliyin yaradılmasında maraqlıdır - Prezident Bəşşər əl-Əsəd

Suriya İraqda sülh və stabilliyin yaradılmasında maraqlıdır və ölkənin siyasi həyatında bütün partiyaların iştirakını dəstəkləyir. Bu sözləri Suriya Prezidenti Bəşşər əl-Əsəd İraqın Ali İslam Şurasının başçısı Ömər əl-Həkimlə görüşündə deyib. Məlumatı Suriyanın SANA informasiya agentliyi yayıb.

Əl-Əsəd Suriya və İraq arasındakı əlaqələrin möhkəmləndirilməsinin vacib olduğunu və Dəməşqin İraq hökumətinin ölkədə vəziyyətin stabilləşməsinə yönəlmiş işinə tam dəstək göstərdiyini bildirib.

Suriya Prezidentinin bəyanatı iki ölkə əlaqələrində bu yaxınlarda İraq hakimiyyətinin Bağdadda törədilən terror aktlarında bəzi suriyalı məmurların əli olması barədə verdiyi bəyanatdan sonra yaranan gərginlik fonunda səslənib.

Görkəmli dini xadimlərdən biri olan Ömər əl-Həkim İraq xalqının birliyinin qorunmasına dəstək göstərdiyi üçün Suriya Prezidentinə təşəkkür edib. Məlumatı SANA yazır.

Söhbət İraqın paytaxtında törədilən iki boyük terror aktından gedir. 250-dən çox qurbanı olan terror aktlarının təşkilatçıları Bağdada görə Dəməşqdə gizlənir.

Bundan əlavə, İraqın rəsmi şəxsləri bildiriblər ki, ötən çərşənbə axşamı Bağdadda 127 insanın həyatına son qoyan terror aktlarının təşkilatçıları ya Suriyadan, ya da Səudiyyə Ərəbistanından dəstək alıb.

İraqda təhlükəsizliklə bağlı vəziyyət gələn il ölkədə seçkilərin keçirilməsinə dair müzakirələrin başlanmasından sonra daha da pisləşib. Əvvəllər seçkilərin yanvar ayında keçirilməsi planlaşdırılsa da səsvermə yazadək təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti