...

Türkiyə XİN başçısı İranın nüvə proqramı ilə bağlı telefonla danışıqlar aparıb

Dünya xəbərləri Materials 24 May 2010 11:01 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar günü iranlı həmkarı Mənuçöhr Möttəki və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Yukiya Amano ilə telefonla danışıqlar aparıb. Bu barədə Anadolu agentliyi məlumat verib.
Türkiyə XİN başçısı İranın nüvə proqramı ilə bağlı telefonla danışıqlar aparıb

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar günü iranlı həmkarı Mənuçöhr Möttəki və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Yukiya Amano ilə telefonla danışıqlar aparıb. Bu barədə Anadolu agentliyi məlumat verib.

Davudoğlu əvvəlcə bu günlərdə iranlı həmkarı Mənuçöhr Möttəki ilə imzalanan uran mübadiləsinə dair sazişlə bağlı son hadisələri qiymətləndirib. İki nazir İranın bu sazişlə bağlı MAQATE-yə göndərdiyi məktubu müzakirə ediblər.

Sonra Davudoğlu MAQATE-nin baş direktoru Yukiya Amano ilə telefonla danışıb. Söhbət zamanı tərəflər İranın MAQATE-yə göndərdiyi məktubun məzmununu müzakirə ediblər.

Davudoğlu Amanodan bu prosesə mümkün qədər tez öz töhfəsini verməsini xahiş edib.

Türkiyə XİN başçısı onu da qeyd edib ki, məktubun məzmunu konstruktiv və müsbət xarakterə malikdir. Bu barədə "TRT Russian" yazır.

Mayın 17-də Tehranda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Mahmud Əhmədinejad və Braziliya Prezidenti Luis İnasiu Lula da Silva arasında uran mübadiləsinə dair saziş imzalanb.

Xəbər lenti

Xəbər lenti