...

2009-cu il Prezident seçkilərindən sonrakı çaxnaşmalar ölkəni sığortaladı - İranın ali rəhbəri

Dünya xəbərləri Materials 19 Oktyabr 2010 14:28 (UTC +04:00)
Düşmənlər ölkədə münaqişələr yaratmaqla, Prezident seçkilərindən sonra əhalinin genişmiqyaslı iştirakını kölgə altına salmaq istəyirdi; lakin bacarmadılar və 2009-cu ildə keçirilən Prezident seçkiləri ölkəni siyasi mikroblara qarşı sığortaladı. Bu sözləri İranın ali lideri Ayətullah Əli Xamnei bu gün Qum şəhərində çıxışı zamanı bildirib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.
2009-cu il Prezident seçkilərindən sonrakı çaxnaşmalar ölkəni sığortaladı - İranın ali rəhbəri

Düşmənlər ölkədə münaqişələr yaratmaqla, Prezident seçkilərindən sonra əhalinin genişmiqyaslı iştirakına kölgə salmaq istəyirdi; lakin bacarmadılar və 2009-cu ildə keçirilən Prezident seçkilərindən sonrakı çaxnaşmalar ölkəni siyasi mikroblara qarşı sığortaladı. Bu sözləri İranın ali lideri Ayətullah Əli Xamnei bu gün Qum şəhərində çıxışı zamanı bildirib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.

Ayətullah Xamnei 2009-cu il Prezident seçkilərində 40 milyon nəfərin iştirak etməsini İrandakı rejimin xeyrinə referendum kimi dəyərləndirib.

Trend -un arayışı: Ötən il iyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi, keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Qarşıdurmalar zamanı onların bəziləri həlak olub. 1032 nəfər həbs olunub, onlardan bəziləri azadlığa buraxılıb. Bir sıra Qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti