...

İran bank şəbəkələrinin təhlükəsizliyi mərkəzini yaradıb

Dünya xəbərləri Materials 28 Noyabr 2012 14:03 (UTC +04:00)
İran kiberhücumları əngəlləmək üçün bank şəbəkələrinin təhlükəsizliyi mərkəzini yaradıb.
İran bank şəbəkələrinin təhlükəsizliyi mərkəzini yaradıb

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbirlər Q.Mehdi, E.Tariverdiyeva/

İran kiberhücumları əngəlləmək üçün bank şəbəkələrinin təhlükəsizliyi mərkəzini yaradıb. Bu barədə Trend çərşənbə günü Mehr News agentliyinə istinadən məlumat verir.

Mərkəzi Bank ilə birlikdə açılan "Kashef" mərkəzinin məqsədi kiber hücumlar haqqında məlumat toplamaq və belə hücumlara qarşı müqavimət göstərmək üçün banklar arasında koordinasiyanın qurulmasıdır.

Son illər İran uğurla dəf edilən bir neçə iri kiberhücumlara məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti