...

Gürcüstanın sabiq müdafiə naziri mobil rabitə şirkətində pay əldə etməklə bağlı iş üzrə bəraət alıb

Dünya xəbərləri Materials 10 Yanvar 2013 14:45 (UTC +04:00)
Tbilisi apelyasiya məhkəməsi Gürcüstan prokurorluğunun iddiasını təmin edərək sabiq müdafiə naziri İrakli Okruaşvilini "Geocell" mobil rabitə şirkətində pay ələ keçirməyə dair iş üzrə təqsirsiz bilib.
Gürcüstanın sabiq müdafiə naziri mobil rabitə şirkətində pay əldə etməklə bağlı iş üzrə bəraət alıb

Gürcüstan, Tbilisi, 10 yanvar/Trend, müxbir N. Kirsxaliya/

Tbilisi apelyasiya məhkəməsi Gürcüstan prokurorluğunun iddiasını təmin edərək sabiq müdafiə naziri İrakli Okruaşvilini "Geocell" mobil rabitə şirkətində pay ələ keçirməyə dair iş üzrə təqsirsiz bilib.

Trend-in məlumatına görə, bu qərar şahidlər ifadələrini dəyişdikdən sonra cümə axşamı verilib. Onlar bəyan ediblər ki, istintaq tərəfindən təzyiqə məruz qalıblar.

Okruaşvili 2007-ci ildə şirkətin payını ələ keçirməyə görə 11 il azadlıqdan məhrum edilmişdi. Həmin vaxt Kommunikasiyalar üzrə Komissiyanın sədri olmuş Dmitri Kitoşvilinin ifadələri həlledici olmuşdu.

Kitoşvili indiki prosesdə prokurorluğun təzyiqi altında Okruaşviliyə qarşı ifadə verməyə məcbur qaldığını bəyan etməsindən sonra iddiaçı tərəfin nümayəndələri sabiq nazirə qarşı irəli sürdükləri ittihamları geri götürüblər.

Məhkəmə prokurorluğa Kitoşviliyə təzyiqin səbəb və şəraitini öyrənməyi, eləcə də "Geocell" haqqında işi aparan keçmiş istintaqçılara qarşı qanun pozuntularını müəyyən etməyi tapşırıb.

Okruaşviliyə bəraət verən apelyasiya məhkəməsinin qərarına baxmayaraq, o hələ də həbsdədir, çünki sabiq nazirə qarşı daha iki ittiham qüvvədədir. Bunlar qanunsuz silahlı birliklərin yaradılması və vəzifə səhlənkarlığıdır.

Lakin sabiq nazirin vəkili Zviad Kordzadze jurnalistlərə bildirib ki, apelyasiya məhkəməsinin qərarından sonra Okruaşvili tez bir zamanda azad ediləcək, çünki bu ittihamlar üzrə işlər, həmçinin şahidlərin əvvəlki ifadələrini geri götürmələri səbəbindən ortadan qalxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti