...

Yerevanda tələbələr etiraz yürüşü keçirirlər

Dünya xəbərləri Materials 9 Aprel 2013 14:54 (UTC +04:00)
Yerevanda tələbələr seçkilərdəki saxtakarlığa və yalançı prezidentə qarşı etiraz əlaməti olaraq yürüş keçirirlər.
Yerevanda tələbələr etiraz yürüşü keçirirlər

Azərbaycan, Bakı, 9 aprel / Trend /

Yerevanda tələbələr seçkilərdəki saxtakarlığa və yalançı prezidentə qarşı etiraz əlaməti olaraq yürüş keçirirlər. Trend-in çərşənbə axşamı "Armenia Today" ə istinadən verdiyi məlumata görə, polis əməkdaşları Yerevan Dövlət Universitetinin binası yaxınlığında başlayan aksiya iştirakçılarına əraziyə daxil olmağa icazə verməyiblər.

Tələbələr ali məktəbin professor və rəhbərliyini aksiya iştirakçılarının önünə çıxmağı tələb ediblər. Bundan sonra universitetin bir neçə müəllimi çıxaraq aksiya iştirakçılarından birini əraziyə dəvət edib.

"Biz bu gün bura öz hüquqlarımızı başa düşdüyümüzü və hazırki yalan vədlərin ölkəyə heç bir nəticə verməyəcəyini deməyə gəlmişik. Biz yalançı prezidentə dözmək niyyətin deyilik. Sizdən qorxmuruq" , - aksiya iştirakçısı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti