...

Ermənistanda baş nazir yenidən təyin edilmişdir

Dünya xəbərləri Materials 19 Aprel 2013 23:58 (UTC +04:00)
Cümə günü Ermənistan prezidenti Serj Sarqsyan Tiqran Sarkisyanın ölkənin baş naziri vəzifəsinə yenidən təyin edilməsi barədə fərman imzalayıb. Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən RİA Novosti agentliyi xəbər yayıb.
Ermənistanda baş nazir yenidən təyin edilmişdir

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Cümə günü Ermənistan prezidenti Serj Sarqsyan Tiqran Sarkisyanın ölkənin baş naziri vəzifəsinə yenidən təyin edilməsi barədə fərman imzalayıb. Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən RİA Novosti agentliyi xəbər yayıb.

Ermənistanın iqtidar Respublikaçı partiyasının üzvü olan Sarkisyan 2009-cu ildən hökumətə başçılıq edir.

Ermənistanın konstitusiyasına uyğun olaraq, 9 aprel tarixində vəzifəyə daxil olmuş prezident Sarqsyan həmin gün hökumətin istefasını qəbul edib. Bundan sonra o ongünlük müddətə baş naziri təyin etməlidir.

Yeni hökumətin heyəti baş nazirin təyinatından sonra 20-günlük müddətə formalaşdırılır, və sonra 20-günlük müddətə parlamentə öz proqramını təqdim edir. Ermənistan parlamentinə seçkilərin nəticələrinə görə Respublikaçı partiya yerlərin əksəriyyətini aldı, və "Orinas yerkir" partiyası ilə birlikdə idarə edən koalisiyanı təşkil etdi. Beləliklə, RPA və "Orinas yerkir" 131 yerli parlamentdə birlikdə mandatların əksəriyyətinə malikdirlər.

Serj Sarqsyan 18 fevral tarixində yenidən prezident seçilmişdir. Rəsmi nəticələrə görə, Sarqsyan səslərin 58,64% yığaraq birinci turda qalib gəldi. 36,74% səs ilə ikinci yer Raffi Ovannisyan tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti