...

Konqresmen: Tsarnayev qardaşları partlayıcı maddələr üzrə təlim keçmiş ola bilərlər

Dünya xəbərləri Materials 29 Aprel 2013 00:52 (UTC +04:00)
ABŞ Konqressinin Nümayəndələr Palatasının milli təhlükəsizlik komitəsinin sədri Maykl Makkol bildirib ki, istintaq tərəfindən Bostonda terror aktının təşkilatçıları hesab olunan Tsarnayev qardaşlarının hərəkətləri, onların xüsusi təlım keçməsi barədə fikirlər söyləməyə əsas verir.
Konqresmen: Tsarnayev qardaşları partlayıcı maddələr üzrə təlim keçmiş ola bilərlər

Azərbaycan, Bakı, 29 aprel /Trend/

ABŞ Konqressinin Nümayəndələr Palatasının milli təhlükəsizlik komitəsinin sədri Maykl Makkol bildirib ki, istintaq tərəfindən Bostonda terror aktının təşkilatçıları hesab olunan Tsarnayev qardaşlarının hərəkətləri, onların xüsusi təlım keçməsi barədə fikirlər söyləməyə əsas verir. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

"Bu partlayıcı qurğunun mürəkkəbliyi nəzərə alınaraq, onun fərqləndirici xüsusiyyətləri, bacarıqlı istehsalı və işlətməsi Əfqanıstan və Pakistan haqqında fikirə yönəldir, - bütün bunlar məni o fikirə yönəldir ki, onların bu istiqamətdə təlimatçısı olub. Məsələ indi ondadır ki, o təlimatçı və ya təlimatçılar haradadır, Çeçenistanda və ya ABŞ-da", - Fox News telekanalının efirinə Makkol deyib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti Tsarnayev qardaşlarının beynəlxalq əlaqələrin olmaması haqqında tələsik bəyanatı onu təəccübləndirir.

"Bütün faktlar aşkar olunduğu təqdirdə bunu qiymətləndirmək lazımdır. Mən hesab edirəm ki, Tsarnayevin anası ABŞ-a gəldiyi təqdirdə dindirməyə cəlb olunmalıdır", - Makkol qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti