...

Putin: Etnik münaqişələrə mədəniyyətdən məhrum olan insanlar səbəb olurlar

Dünya xəbərləri Materials 12 Dekabr 2013 12:55 (UTC +04:00)
Etnik münaqişələrə hansısa xalqın nümayəndələri deyil, mədəniyyətdən məhrum olan insanlar səbəb olurlar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya Prezidenti Vladimir Putinin bəyanatına istinadən məlumat verib.
Putin: Etnik münaqişələrə mədəniyyətdən məhrum olan insanlar səbəb olurlar

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Etnik münaqişələrə hansısa xalqın nümayəndələri deyil, mədəniyyətdən məhrum olan insanlar səbəb olurlar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya Prezidenti Vladimir Putinin bəyanatına istinadən məlumat verib.

Putin Federal Məclisə illik müraciətlə çıxışında deyib: "Etnik münasibətlər vacib mövzudur. Burada bizim bir çox problemlərimiz, bir çox sosial-iqtisadi və ərazilərin inkişafı üzrə problemlərimiz, korrupsiya, dövlət institutlarının işindəki nöqsanlar və əlbəttə ki, təhsil və mədəniyyət siyasətində uğursuzluqlar cəmləşir".

Onun sözlərinə görə, bu, tez-tez etnik münaqişələrin həqiqi səbəblərinin səhv anlaşılmasına gətirib çıxarır: "Buna hansısa xalqın nümayəndələri deyil, mədəniyyətdən məhrum, həm öz, həm də başqalarının ənənələrinə hörmət etməyən insanlar səbəb olurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti