...

Həkimlər Şumaxerin komadan çıxarılması prosesini dayandıracaqlar

Dünya xəbərləri Materials 24 Fevral 2014 13:06 (UTC +04:00)
Həkimlərin bütün cəhdlərinə baxmayaraq, məşhur pilot Mixael Şumaxer hələ də komadadır.
Həkimlər Şumaxerin komadan çıxarılması prosesini dayandıracaqlar

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Həkimlərin bütün cəhdlərinə baxmayaraq, məşhur pilot Mixael Şumaxer hələ də komadadır. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" Focus-a istinadən xəbər verir.

Məlumata görə, idmançının vəziyyətində heç bir irəliləyiş yoxdur, həkimlər isə terapiyanı dayandırmağı qərara alıblar. Şumaxerin sağlamlıq vəziyyətinin təfərrüatları haqqında məlumat verilmir.

Xatırladaq ki, "Formula-1" yarışlarının yeddiqat qalibi 2013-cü il dekabrın 29-da bədbəxt hadisə nəticəsində dağ-xizək kurortunda başından xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti