Azərbaycan, Bakı, 7 mart/Trend/
Rusiya Ukrayna ilə diplomatik əlaqələri dayandırır. Trend-in cümə günü UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.
O bildirib ki, Moskva Ukraynanın indiki hakimiyyətinin legitimliyini tanımadığına görə belə qərar qəbul edilib.