...

Gürcüstan sərhədlərin delimitasiyası prosesinin başa çatması üzrə fəaliyyət planı hazırlayır

Dünya xəbərləri Materials 19 Mart 2014 12:34 (UTC +04:00)
Gürcüstan hökuməti sərhədlərin delimitasiyası prosesinin başa çatması üzrə fəaliyyət planı hazırlamalıdır.
Gürcüstan sərhədlərin delimitasiyası prosesinin başa çatması üzrə fəaliyyət planı hazırlayır

Gürcüstan, Tbilisi, 19 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan hökuməti sərhədlərin delimitasiyası prosesinin başa çatması üzrə fəaliyyət planı hazırlamalıdır. Trend-in məlumatına görə, bu barədə ölkə hökuməti tərəfindən təsdiq edilmiş 2014-2018-ci illər üzrə dövlət sərhədlərinin idarə olunmasına dair yeni strategiyada deyilir.

Strategiyada bildirilir: "Gürcüstanın qonşu dövlətlərlə dövlət sərhədinin demarkasiyası və delimitasiyasının tamamlanması böyük əhəmiyyətə malikdir, çünki bu prosesin yubanması təkcə dövlət sərhədlərinin idarə edilməsinə deyil, həm də bütovlükdə bütün ölkənin və regionun siyasi, iqtisadi və sosial sabitliyinə mənfi təsirə malikdir. Gürcüstan hökuməti ölkənin Ermənistan, həmçinin Azərbaycanla sərhədlərinin demarkasiya və delimitasiya prosesini başa çatdırmaq, dövlətin fundamental maraqlarına riayət etmək üçün demarkasiya və delimitasiyanın davam etdirilməsi məqsədi ilə tammiqyaslı sərhəd siyasətinin aparılması üçün təsirli ölçülər götürməlidir. Rusiya-Gürcüstan sərhədinin demarkasiya və delimitasiyası prosesi Gürcüstan ərazilərinin işğaldan azad edilməsindən sonra davam edəcək".

Bundan başqa, sənəd Türkiyə ilə sərhəd rejimi haqqında yeni sazişin işlənməsini nəzərdə tutur.

İndiyədək Gürcüstan Azərbaycanla sərhədlərin 71 faizini, Ermənistanla isə 66 faizini razılaşdırıb. Rusiyaya gəldikdə isə, bu ölkə ilə ümumi sərhədlərin 36 faizi razılaşdırılıb. Lakin Rusiyanın Abxaziya və Tsxinvali regionunun müstəqilliyini tanımasından sonra həmin razılaşma ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti