Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Koreya Respublikası və KXDR iki ölkəni ayıran demilitarizasiya zonasındakı sərhəd məntəqəsi Pxanmuncomda generallar səviyyəsində hərbi danışıqlar aparırlar. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Renhap" agentliyi xəbər verir.
Xəbər verildiyi kimi, ötən həftə KXDR HDQ kateri Sarı dənizdə iki ölkə arasında dəniz sərhədini pozduqdan sonra Cənubi və Şimali Koreyanın patrul katerləri artilleriya atəşi açıblar.
Güllələrin bir hissəsi Cənubi Koreya ərazisinə düşdükdən sonra hər iki tərəfdən pulemyot atəşi açıblar.