...

Nigeriya pilotsuz aparatlar vasitəsilə neft oğurluğu ilə mübarizə aparacaq

Dünya xəbərləri Materials 4 Sentyabr 2015 03:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Nigeriyanın dövlət neft şirkəti "Nigerian National Petroleum Corp." (NNPC) pilotsuz uçuş aparatları vasitəsilə sahil sularında gəmilərin hərəkətinə nəzarət etməyi planlaşdırır.

Trend-in "Bloomberg"-ə istinadən verdiyi məlumata əsasən, belə bir tədbir şelfdə neft oğurluğunun qarşısını alacaq.

Xatırladaq ki, ötən il şirkət boru kəmərlərinə 4 min hücum halı qeydə alıb. Cinayətkarlarla toqquşmada NNPC və ölkənin hüquq-mühafizə orqanlarının ən az 350 əməkdaşı həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti