...

Ankara Rusiya qazının qiyməti üzrə arbitraj məhkəməsini udacağına ümid edir

Dünya xəbərləri Materials 3 Fevral 2016 16:41 (UTC +04:00)
Ankara Rusiyadan tədarük edilən qazın qiyməti məsələsi üzrə arbitraj məhkəməsini udacağına ümid edir.
Ankara Rusiya qazının qiyməti üzrə arbitraj məhkəməsini udacağına ümid edir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankara Rusiyadan tədarük edilən qazın qiyməti məsələsi üzrə arbitraj məhkəməsini udacağına ümid edir. Bunu Trend-ə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindən deyiblər.

Ötən gün Beynəlxalq Arbitraj Məhkəməsi Ankara və Tehran arasında çoxillik qaz mübahisəsində Türkiyənin xeyrinə qərar qəbul edib.

Nazirlikdən qeyd ediblər ki, məhkəmə Türkiyənin tələbi üzrə bir sıra ilkin nəticələr çıxarıb. Bununla belə, qurumdan hər hansı detalı açıqlamaqdan imtina ediblər.

Qeyd edək ki, Moskva və Ankara təqribən bir il əvvəl Rusiya qazının qiymətinin azaldılması barədə razılığa gəlmişdilər. Lakin qiymət azaldılmadı. Ötən il oktyabrın 27-də isə Türkiyə Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti