...

İstanbul polisi antiterror əməliyyatı keçirir

Dünya xəbərləri Materials 10 İyun 2016 09:29 (UTC +04:00)
Bu gün səhər saatlarında Türkiyə polisi İstanbulda antiterror əməliyyatlarına başlayıb.
İstanbul polisi antiterror əməliyyatı keçirir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bu gün səhər saatlarında Türkiyə polisi İstanbulda antiterror əməliyyatlarına başlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.

Əməliyyat çərçivəsində adları hələ açıqlanmayan artıq 20-ə yaxın şəxsin saxlanıldığı bildirilir.

Qəzetin verdiyi məlumata görə, antiterror əməliyyatları bu gün Türkiyənin digər iri şəhərlərində də həyata keçiriləcək. Sonuncu dəfə İstanbulda belə əməliyyat mayın 27-də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti