...

İranda zəlzələ - 4 nəfər xarici vətəndaş ölüb

Dünya xəbərləri Materials 6 Yanvar 2017 12:08 (UTC +04:00)
İranın cənubunda 5.1 bal gücündə zəlzələ baş verib.
İranda zəlzələ - 4 nəfər xarici vətəndaş ölüb

Bakı. Trend:

İranın cənubunda 5.1 bal gücündə zəlzələ baş verib.

Trend İranın "Tasnim" agentliyinə istinadən məlumat verir ki, yeraltı təkanlar yerli vaxtla səhər saat 6 radələrində Fars vilayətinin Xonc şəhəri yaxınlığında baş verib.

Vilayətin qubernatorunun verdiyi məlumata görə, zəlzələ nəticəsində 4 nəfər həlak olub. Həlak olanların Əfqanıstan vətəndaşları olduqları və işləmək üçün İrana gəldikləri qeyd olunur.

Zəlzələ baş verərkən onlar bağ evində olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti