...

Braziliyada həbsxanada 33 məhbusun meyiti tapılıb

Dünya xəbərləri Materials 6 Yanvar 2017 16:57 (UTC +04:00)
Braziliyanın şimalında həbsxanaların birində 33 məhbusun meyiti tapılıb.
Braziliyada həbsxanada 33 məhbusun meyiti tapılıb

Bakı. Trend:

Braziliyanın şimalında həbsxanaların birində 33 məhbusun meyiti tapılıb.

Bu barədə Trend "TASS" agentliyinə istinadən məlumat verir.

Rorayma ştat rəhbərliyinin məlumatına görə, həbsxanada vəziyyət nəzarət altındadır, xüsusi təyinatlı qüvvələr həbsxana ərazisində fəaliyyət göstərir.

Baş vermiş hadisənin və məhbusların ölümünün səbəbi barədə təfərrüatlar verilməyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Braziliyanın Manaus şəhərindəki həbsxanada qiyam baş verib, nəticədə 60 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti