...

Tacikistan DİN başçısından maraqlı əmr: Polis işçiləri arıqlasın

Dünya xəbərləri Materials 24 Yanvar 2017 14:10 (UTC +04:00)
Tacikistanın DİN rəhəbəri nazirlik əməkdaşlarına artıq çəkidən azad olmağı tapşırıb.
Tacikistan DİN başçısından maraqlı əmr: Polis işçiləri arıqlasın

Bakı. Trend:

Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda nazirlik əməkdaşlarına artıq çəkidən azad olmağı tapşırıb.

Trend-in məlumatına görə, bununla bağlı olaraq Daxili İşlər Nazirliyinin bütün qurumlarına xüsusi tapşırıq göndərilib.

Jurnalistlərə danışan tacikistanlı nazir milis işçilərinin kökəlməyə başlayanda fəaliyyət qabiliyyətinin azaldığını deyib.

Rəhimzodə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilərinin beynəlxalq boy və çəki nisbəti cədvəlinə uyğun olmalı olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti