Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş tutan telefon danışığında ikitərəfli əlaqələr və terrorizmlə mübarizə haqda müzakirə aparıblar.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, prezident Tramp strateji partnyor və NATO çərçivəsində müttəfiqi olan Türkiyəni dəstəklədiyini bildirib.