...

Rusiya Qvardiyasının hərbi hissəsinə hücum: 6 hərbçi ölüb, 3 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 24 Mart 2017 11:36 (UTC +04:00)
Terrorçuların Çeçenistanda Rusiya Milli Qvardiyasına hücumu nəticəsində 6 hərbi qulluqçu həlak olub.
Rusiya Qvardiyasının hərbi hissəsinə hücum: 6 hərbçi ölüb, 3 yaralı (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:48-də yayılıb)

Bakı. Trend:

Terrorçuların Çeçenistanda Rusiya Milli Qvardiyasına hücumu nəticəsində 6 hərbi qulluqçu həlak olub.

Trend-in məlumatına görə, regiondakı güc qurumlarındakı mənbə RİA Novosti-yə bildirib ki, 3761 saylı hərbi hissəyə basqın nəticəsində daha 3 hərbi qulluqçu xəsarət alıb.

X X X

10:48

Terrorçular Çeçenistanda Rusiya Milli Qvardiyasına məxsus hərbi hissəyə hücum ediblər.

Trend-in məlumatına görə, hücum nəticəsində hərbi qulluqçular arasında ölən və yaralananlar var.

RF Milli Antiterror Komitəsinin məlumatında deyilir:

"Bu gün gecə təqribən saat 02:30-da 6 naməlum şəxs Rusiya Qvardiyasının hərbi hissəsinə silahlı hücum ediblər. Silahlı qarşıdurma nəticəsində dəstə üzvləri zərərsizləşdirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti