Bakı. Trend:
Polşanın Vroçlav şəhərində yaşayış binası uçub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2-si uşaq olmaqla, 6 nəfər həlak olub. Son məlumatlara görə, dağıntılar altında heç kəs qalmayıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə yerində çox sayda xilasedicilər, kinoloqlar var.
Binanın uçmasının səbəbi məlum deyil, lakin istisna deyil ki, bunun səbəbi qaz sızması nəticəsində partlayış olub.