...

Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Dünya xəbərləri Materials 16 May 2017 12:23 (UTC +04:00)
Ukrayna Prezidenti Petro Poroşenko Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi haqqında fərman imzalayıb.
Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Bakı. Trend:

Ukrayna Prezidenti Petro Poroşenko Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fərman Rusiyanın sanksiya tətbiq olunmuş hüquqi və fiziki şəxslərinin siyahısının genişləndirilməsi və sanksiyaların müddətinin artırılmasını nəzərdə tutur.

Bu siyahıya Rusiyanın 1228 fiziki və 468 hüquqi şəxsi salınıb. Hüquqi şəxslərə qarşı sanksiyaların müddəti 1 ildən 3 ilədək, fiziki şəxslərə qarşı isə 5 ilədək və müddətsiz artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti