...

Mey yeni hökuməti formalaşdırmağı II Elizabetlə razılaşdıracaq

Dünya xəbərləri Materials 9 İyun 2017 14:57 (UTC +04:00)
T.Meyin artıq bu gün əsas nazir postlarına təyinatlar edəcəyi gözlənilir.
Mey yeni hökuməti formalaşdırmağı II Elizabetlə razılaşdıracaq

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Tereza Mey Kraliça II Elizabetlə ötən gün keçirilmiş növbədənkənar parlament seçkilərinin yekunu üzrə yeni hökumət formalaşdırmaq məsələsini razılaşdırmaq üçün Bukingem sarayına gedəcək.

Trend-in məlumata görə, Baş nazir dövlət başçısından sədri olduğu hakim Mühafizəkarlar Partiyasının parlament çoxluğundan məhrum olmasından sonra Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırmağa icazə alacaq.

T.Meyin artıq bu gün əsas nazir postlarına təyinatlar edəcəyi gözlənilir.

Qeyd edək ki, iyunun 8-də keçirilmiş seçkilərin yekunu üzrə Mühafizəkarlar Partiyası parlament çoxluğundan məhrum olub. Belə ki, hakim partiya İcmalar Palatasında 318 yer əldə edib.

Britaniya parlamentinin İcmalar Palatasında cəmi 650 yer var. Parlament çoxluğuna malik olmaq üçün partiyaya 326 mandat qazanmaq lazımdır. Bundan əvvəl mühafizəkarlar 330 yerə sahib idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti