...

Münhendən uçan "Lufthansa" təyyarəsi Kiprdə məcburi endi - Səbəb qəhvə

Dünya xəbərləri Materials 21 İyul 2017 12:00 (UTC +04:00)
Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus təyyarə Kiprdə məcburi eniş edib.
Münhendən uçan "Lufthansa" təyyarəsi Kiprdə məcburi endi - Səbəb qəhvə

Bakı. Trend:

Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus təyyarə Kiprdə məcburi eniş edib. Trend-in məlumatına görə, buna səbəb göyərtədə qəhvə bişirən qurğunun xarab olması olub.

İnsident təyyarə Münhendən Səudiyyə Ərəbistanına reys həyata keçirərkən baş verib. Məlumata görə, təyyarədə 186 nəfər olub.

Təyyarə havada olarkən kəskin yanıq qoxusu sərnişinləri narahat edib. Bununla əlaqədar ekipaj Kiprin Larnaka beynəlxalq aeroportunda təcili eniş edilməsi barədə qərar qəbul edib. Sərnişinlər dərhal təxliyə edildikdən sonra təyyarəyə baxış keçirilib və göyərtəni bürümüş kəskin yanıq qoxusunun qəhvə bişirən qurğunun xarab olması səbibindən əmələ gəlməsi məlum olub.

Xəbər lenti

Xəbər lenti