...

Yerevanda partlayışda yaralanan şəxs öldü

Dünya xəbərləri Materials 3 Avqust 2017 09:32 (UTC +04:00)
Ötən gün Yerevanda baş vermiş partlayışda xəsarət alanlardan biri 32 yaşlı şəxs xəstəxanda ölüb.
Yerevanda partlayışda yaralanan şəxs öldü

Bakı. Trend:

Ötən gün Yerevanda baş vermiş partlayışda xəsarət alanlardan biri 32 yaşlı şəxs xəstəxanda ölüb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ölkə Fövqəladə Hallar Xidməti hadisə yerindən iki mina tapıldığını bildirib.

Hadisə Davidaşen məhəlləsində yaşayış evlərinin birində baş verib. Partlayışdan sonra hadisə yerinə baxış zamanı minalardan biri bölünmüş şəkildə aşkar edilib.

Məlumata görə, partlayışdan sonra xəstəxanaya yerləşdirilmiş 20 yaşlı şəxsin vəziyyəti də ağır qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti