...

Mayamidə 600-dək reys təxirə salındı - SƏBƏB?

Dünya xəbərləri Materials 8 Sentyabr 2017 18:48 (UTC +04:00)
ABŞ-ın Mayami şəhərində “İrma” qasırğası ilə əlaqədar hava limanında 600-ə yaxın reys təxirə salınıb
Mayamidə 600-dək reys təxirə salındı - SƏBƏB?

Bakı. Trend:

ABŞ-ın Mayami şəhərində “İrma” qasırğası ilə əlaqədar hava limanında 600-ə yaxın reys təxirə salınıb.

Trend-in məlumatına görə, Mayamidən uçması planlaşdırılan 247 reys və şəhərə gəlməli olan 317 reys təxirə salınıb. Daha 27 reysin isə yubanması barədə məlumat verilib.

Bundan başqa, qasırğa ilə əlaqədar Rusiyanın “Aeroflot” aviaşirkəti də 4 reysi təxirə salıb. Bu, ABŞ-ın Mayami şəhərinə və Kubanın paytaxtı Havanaya, eləcə də əks istiqamətdə uçuşlara aiddir.

Qeyd edək ki, Fransanın dənizaşırı ərazilərində böyük dağıntılara səbəb olan və hazırda Florida ştatına yaxınlaşan qasırğa azı 16 nəfərin ölümünə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti