...

BMT: "Mariya" qasırğası Dominika sakinlərinin 80 faizinə zərər verib

Dünya xəbərləri Materials 26 Sentyabr 2017 03:35 (UTC +04:00)
"Mariya" qasırğası Dominika adasının 65 min əhalisinə (80 faiz) zərər verib
BMT: "Mariya" qasırğası Dominika sakinlərinin 80 faizinə zərər verib

Bakı. Trend:

"Mariya" qasırğası Dominika adasının 65 min əhalisinə (80 faiz) zərər verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu BMT-nin təbii fəlakətlərin qiymətləndirilməsi üzrə qrupunun koordinatoru Serjio da Silva bildirib.

O, qeyd edib ki, hazırda Dominika sakinlərinə humanitar yardım göstərilir. Bir çox yolların bağlı olması səbəbi ilə içməli su, qida və dərmanlar problemi var.

Onun sözlərinə görə, hazırda adada dəniz və hava limanları fəaliyyət göstərir.

"Telesur" telekanalının məlumatına əsasən, "Mariya" qasırğası nəticəsində Dominikada ölənlərin sayı 30 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti